Yuxarı

Qaraciyəri məhv edən 5 vərdiş...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaraciyəri məhv edən 5 vərdiş...

Kingston Universitetinin professoru Dipa Kamdar qaraciyərə zərər verən beş gündəlik vərdişi açıqlayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, "Infobae"yə verdiyi müsahibəsində sağlam həyat tərzinin əhəmiyyətinə diqqət çəkib.

Professor Kamdara görə, spirt qaraciyərin ən böyük düşmənlərindən biridir və bir sıra ciddi xəstəliklərə, o cümlədən sirroza səbəb ola bilər. Bundan əlavə, ultra işlənmiş qidalar və şəkər də qaraciyəri zədələyərək orqanı yağla böyüdür. Kamdar bu vəziyyətin oturaq həyat tərzi ilə daha da pisləşdiyini vurğulayıb və hətta arıq insanların da bu problemlə qarşılaşa biləcəyini qeyd edib.

Siqaretin qaraciyərə mənfi təsirini izah edən professor bu vərdişin orqanda qan axınının pozulmasına səbəb olduğunu və bunun nəticəsində qaraciyərin sağalma qabiliyyətinin əhəmiyyətli dərəcədə azaldığını bildirib. Kamdar həmçinin bir çox dərmanın qaraciyərdən keçdiyini, lakin düzgün istifadə edilmədikdə orqanın hüceyrələrinə ciddi zərər verə biləcəyini xatırladıb. O, buna görə də heç bir xəstəliyi öz-özünə müalicə etməməyi tövsiyə edib.

Qeyd edək ki, əvvəllər qastroenteroloq Elena Butenko qaraciyər sağlamlığını qorumaq üçün diyetə bir neçə məhsul daxil etməyi tövsiyə edib. Butenkonun fikrincə, yulaf əzməsi və avokado qaraciyər üçün faydalı olan əsas məhsullardandır.

Tarix
2025.07.04 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla