Yuxarı

30 yaşdan yuxarı kişilərə süd, pendir olmaz!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 yaşdan yuxarı kişilərə süd, pendir olmaz!

Süd məhsullarına maraq və aşırı içmək kişiləri prostat xərçənginə gətirir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, britaniyalı alimlərin yeni araşdırmasına əsasən, 30 yaşdan yuxarı kişilər tərəfindən süd məhsullarının aktiv istehlakı onların prostat vəzi xərçənginə qarşı həssaslığı ilə sıx bağlıdır.

Bildirilib ki, təxminən hər səkkiz kişidən birinə həyatı boyu prostat xərçəngi diaqnozu qoyulacaq. Siqaret çəkmək və piylənmə kimi müəyyən amillər var ki, bu xəstəliyin ehtimalını artırır. Süd məhsullarının yüksək istehlakı da risk faktoru ola bilər.

Layihənin müəllifləri süd məhsullarının istehlakı ilə prostat xərçəngi arasındakı əlaqəni təhlil edən 33 böyük tədqiqatı araşdırıblar. Alimlər müəyyən ediblər ki, gündə 400 qram və ya daha çox süd məhsulları qəbul edən kişilərdə ümumilikdə prostat xərçəngi riski daha yüksəkdir.

"Prostat xərçəngi riski bütün süd məhsullarının, o cümlədən süd, pendir və yağın istehlakı ilə artıb", - məlumatda qeyd olunub.

Eyni zamanda, bu xəstəlik problemi ilə məşğul olan “Prostat Cancer UK” təşkilatı bildirir ki, kişilərin xərçəngə meylli olmasının səbəbi qidada çox istehlak edilən süd məhsulları ilə yaranan həddindən artıq kalsium ola bilər.

Müxtəlif cinsi partnyorlar kişiləri prostat xərçəngindən qoruya bilər.

Təşkilatın ekspertlərinin fikrincə, kişilər gündə üç porsiyadan artıq süd məhsulları istehlak etməməlidirlər. Bir hissə, məsələn, bir kiçik banka qatıq, bir stəkan süd və ya 30 qramlıq kiçik bir pendir parçasıdır.

Tarix
2025.07.06 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla