Yuxarı

Qanda şəkəri soğanla salmaq olarmı? - Cavab

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanda şəkəri soğanla salmaq olarmı? - Cavab

Soğan qan şəkərini azaltmaq üçün ən əlverişli qida ola bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tədqiqatlara görə, müntəzəm pəhrizinizə adi soğan əlavə etmək qan şəkəri səviyyəsini azaltmağın ən asan və təsirli yollarından biri ola bilər.

Diabetin ən çox yayılmış növü 2-ci tipdir, bu zaman insulin istehsalı ilə bağlı pozğunluqlar yaşanır (qanda şəkərin sabit səviyyəsini tənzimləməyə kömək edən hormon). Nəticədə qanda qlükoza səviyyəsi təhlükəli yüksəkliklərə çata bilər.

Eyni zamanda, soğan kimi əlverişli tərəvəz bədənin qan şəkərinin sıçrayışlarına qarşı müdafiəsini yaxşılaşdırır.

San Dieqoda keçirilən Endokrin Cəmiyyətinin 97-ci illik konfransında qan şəkərinin səviyyəsini aşağı salmaq üçün bu tərəvəzi gündəlik qida rasionunuza əlavə etməklə bağlı çağırış edilib. Professor Entoni Ojinin rəhbərlik etdiyi tədqiqatçılar bildirib ki, soğan ucuzdur və əlçatandır və qida əlavəsi kimi istifadə edilə bilər. O, şəkərli diabet xəstələrinin müalicəsində müsbət effektə malikdir.

Tədqiqat qrupu soğan ekstraktının müxtəlif qruplara bölünmüş siçovullara təsirini araşdırıb. Diabetli heyvanlar müxtəlif dozalarda soğan ekstraktı qəbul edib, alimlər metforminin (diabetin müalicəsində istifadə olunan dərman) təsirini gücləndirib-gücləndirməyəcəyi ilə maraqlandılar. Test dərmanı və soğan ekstraktını qəbul edən heyvanlarda qan şəkərinin səviyyəsində nəzərəçarpacaq dərəcədə azalmanı təsdiqlədi. O cümlədən, şəkərin 35 və 50 faiz azaldığı qeydə alınıb.

Bundan əlavə, soğan yüksək xolesterolu azaltmağa kömək edir, eksperimentçilər qeyd etdilər. Layihənin rəhbəri professor Oji bildirib ki, soğan maddələr mübadiləsinin sürətini artırmağa qadirdir.

Bununla belə, elm adamları ədviyyatlı tərəvəzin qanda qlükoza səviyyəsini aşağı salmasına hansı mexanizm imkan verdiyini hələ dəqiq deyə bilmirlər.

Tarix
2025.07.08 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla