Yuxarı

Banan qanı qatılaşdırır – Tromb yaradan qidalar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banan qanı qatılaşdırır – Tromb yaradan qidalar

Faydalı bildiyiniz qidalar, meyvələr belə qanı qatılaşdıra bilər. Xüsusən yayda orqanizmdə susuzlaşma fonunda qan daha da qatılaşır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, ürək-damar cərrahı Pavel Vladimirov kartof, banan, şirniyyat və hətta bəzi sağlam qidaların potensial qan qatılaşdırıcı olmasını bildirib.

Həkim xatırladıb ki, qanın qatılaşması damarların tıxanması riskini artırır, ən vacib orqanlara - ürək və beyinə qan tədarükünün pozulmasına gətirib çıxarır. Bu cür pozuntuların nəticələri insult və infarkt ola bilər. Xüsusən yaşlılar üçün zərərli məhsulların adları çəkilib.

"Qanın maye komponenti var - plazma və formalaşmış elementlər. Onların arasındakı tarazlıq qanın nə qədər duru və ya qatı olduğunu müəyyən edir. Qan qatılaşması plazma miqdarının azalması ilə əlaqədardır”, - həkim qeyd edib.

Qatılaşmanı artıran qidalar:

Kartof, banan, şəkər, bütün şirniyyatlar, alkoqol, qazlı içkilər, bəzi göyərtilər: cəfəri, şüyüd, qoz.

Ateroskleroz, diabet, varikoz damarları kimi xroniki pozğunluqları olanlar bu məhsulları məhdudlaşdırmalı və ya tamamilə istisna etməlidir.

Tarix
2025.07.13 / 01:53
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla