Yuxarı

Çayın yanında bunları qəti yeməyin!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çayın yanında bunları qəti yeməyin!

Əslində çay yavan içiləcək içkidir. Uzağı, yanında qənd olsa, yetər. Amma müasir səhər süfrələrində çayla yanaşı, süfrəyə çoxlu şirniyyat və digər qidalar qoyulur ki, bunlar da orqanizmə zərərli təsir edir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, çay tərkibindəki tanin sayəsində həzm sisteminə təsir edə bilir. Bu maddə müəyyən qidalarla birləşdikdə orqanizmdə dəmirin udulmasını azaldır və qan azlığına səbəb olur.

Səhər yeməyində və ya axşam çayında tez-tez istehlak edilən sosis, kolbasa, sucuk kimi işlənmiş ət məhsulları bu problemin əsas səbəbidir.

Mütəxəssislərin fikrincə, bu məhsullar çayla birlikdə istehlak edildikdə həm dəmir çatışmazlığına, həm də kanserogen təsirə səbəb ola bilər. Bu qidaların, xüsusilə nitratları yüksək olanların çayla birləşməsi mədə turşusuna təsir edərək həzm problemlərinə səbəb olur.

Dəmir bədənin sağlam işləməsi üçün vacib bir mineraldır. Çayın tərkibindəki taninlər onun bağırsaqlardan sorulmasına mane olur. Ətdən əldə edilən dəmir çayla birlikdə istehlak edildikdə bədən tərəfindən lazımi dərəcədə sorulmur.

Bu, xüsusilə qadınlar və uşaqlar arasında anemiya riskini artırır.

Diyetoloqlar yeməkdən ən azı bir saat sonra çay içməyi məsləhət görürlər. Onlar həmçinin çayın yanında qəlyanaltı kimi qoz-fındıq, meyvə və ya evdə hazırlanmış peçenye kimi sağlam alternativləri seçməyi məsləhət görürlər.

Tarix
2025.07.15 / 02:04
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı artdı

İsrail-İran savaşında Azərbaycan ərazisindən istifadə yalanı...

Prezidentin təltif etdiyi Zakir Quliyev kimdir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla