Yuxarı

Yataq otağında telefon işığına baxanların diqqətinə!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yataq otağında telefon işığına baxanların diqqətinə!

Yataq otağında işığın olması insanlarda piy yığılması və kökəlməyə səbəb olur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər yataq otağında işıqlandırmanın olmasının çəki artımı ilə birbaşa əlaqəsini müəyyən ediblər. Həddindən artıq işıqlı yataq otaqlarında yatan qadınların bədən kütlə indeksinin daha yüksək olduğu, həmçinin bel ətrafının genişləndiyi müşahidə olunub.

London Xərçəng Tədqiqatları İnstitutunun həkimləri 113 min qadını cəlb etdikləri araşdırmanın yekununda bu nəticəyə gəliblər:

“Yataq otağı çox işıqlı olanda insanda çəki artımını tətikləyən yuxu tsiklinin pozulması halı baş verə bilər. İşıq sönsə belə, hər şeyin göründüyü otaqlarda yatan qadınların da kökəlmə riski var”.

Həkimlər izah edirlər ki, çoxlu süni işıq insanın əhval-ruhiyyəsini, fiziki gücünü, hətta yeməyin həzm prosesini dəyişir, həmçinin yuxu hormonu olan melatoninin istehsalını gecikdirir. Mütəxəssislərin fikrincə, gecə vaxtı işıqlandırılan obyektlər təhlükəli ola bilər, çünki onlar hormonal pozğunluqları təhdid edir və bu, təkcə yuxu rejimində deyil, həm də qidalanma və maddələr mübadiləsində pozulmalara da səbəb olur.

Buna görə də gecə bütün işıqları söndürmək daha faydalıdır. Əgər küçədən işıq düşürsə, pəncərəyə qalın, tünd parçadan pərdələr çəkin.

Eləcə də yataq otağında telefonun mavi işığına çox baxmaq da yuxu tsiklini pozur. Telefondan yayılan dalğa da mənfi təsir edir. Bir çox alim və həkimlər yataq otağında telefon saxlamırlar.

Tarix
2025.07.17 / 02:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla