Yuxarı

Nazirlik gənc ananı öldürən həkimi araşdırmayacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 27-də Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında Lumu Veyisovanı öd kisəsindən əməliyyat edərkən səhlənkarlığa yol verən və xəstənin ölümünə səbəb olan 81 yaşlı cərrah Cəfər Quliyev barəsində Səhiyyə Nazirliyində araşdırma aparılmır.

Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilib. Nazirlik rəsmisinin sözlərinə görə, həkim barəsində yalnız xəstənin yaxınları şikayətçi olduğu halda araşdırma aparıla bilər:

"33 yaşlı Lumu Veyisovanın yaxınları həkimdən şikayətçi olarlarsa, nazirlik araşdırma başlada bilər".

Nazirlikdən 81 yaşlı həkimin indiyə qədər təqaüdə göndərilməmə səbəbinə də aydınlıq gətirilib:

"Həmin xəstəxanada cərraha tələbat var. Bu sahəyə tələbat olduğu zaman həkimlər bəzən yaşından asılı olmayaraq, işdə saxlanılır və təqaüdə göndərilmir".

Qeyd edək ki, Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına iyunun 26-da daxil olub. 27 iyun tarixində isə həkim, 81 yaşlı Cəfər Quliyev onu əməliyyat edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin yaxınları həkimin səhv etdiyini və səhvən xəstənin damarlarını kəsdiyini bildiriblər.

L.Veyisova bu gecə xəstəxanada dünyasını dəyişib.

Tarix
2016.06.30 / 14:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla