Yuxarı

Təzyiqi və şəkəri salan içki - Yayın dərmanı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təzyiqi və şəkəri salan içki - Yayın dərmanı

Qan təzyiqini və şəkər səviyyəsini aşağı salan sadə içkilərdən bir də nanə çayı və ya nanəli sudur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Emma Derbişir təzyiqi və şəkəri salmaq üçün sadə üsulu açıqlayıb.

“Nanə çayı, dəmləməsi beyin, ürək-damar sistemi üçün faydalıdır və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Son araşdırmalar nanə çayının içilməsinin təzyiqi aşağı saldığını göstərib. Bu nanənin qan damarlarının hamar əzələlərindəki kalsium kanallarına təsiri, həmçinin nanənin sakitləşdirici təsiri ilə əlaqədar baş verir.

Nanə çayı insulinə həssaslığı yaxşılaşdırır və beləliklə də qan şəkərinin səviyyəsini daha yaxşı idarə etməyə kömək edir.

Bundan əlavə, nanə çayının tərkibində antiinflamatuar təsir göstərən rozmarin turşusu və mentol kimi aktiv birləşmələr var. Bir sıra tədqiqatlar göstərir ki, nanə çayı dəmləmələri yaddaş, konsentrasiya və idrak funksiyasını yaxşılaşdırmağa kömək edə bilər.

Ona görə də şəkər və təzyiq xəstələri xüsusən yayda nanə ilə dost olmalıdır”, - Derbişir qeyd edib.

Tarix
2025.07.23 / 01:57
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla