Yuxarı

Qarabağla bağlı film 2 dildə təqdim olunacaq

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla bağlı film 2 dildə təqdim olunacaq

Dekabrın 25-i saat 15:00-da “Holiday İnn Baku Hotel”də “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi türk və fransız dillərində ictimaiyyətə təqdim olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun Kult.az-a verdiyi məlumata görə, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Tədbirdə həmçinin “Zəngilan - virtual səyahət” 3D qrafik təsvirli filmin və “Google Arts & Culture” onlayn platformasında “Virtual Qarabağ” tərəfindən nümayiş olunan Qarabağ mövzusundakı kontentlərin də təqdimatı olacaq.

Tarix
2019.12.20 / 17:56
Müəllif
Aytac Seyidova
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla