Yuxarı

Azərbaycanlı rejissorun filmi Kann Festivalında - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı rejissorun filmi Kann Festivalında - Foto

Kann Festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı filmi də yer alıb.

Axar.az xəbər verir ki, “Tənqid həftəsi” fiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq və onları, eləcə də kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib.

“Tənqid həftəsi” bu il COVID-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə işə başlayıb. Bu il 5 uzunmetrajlı və 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanacaq.

Həftənin sadiq tərəfdaşı olan kino üzrə Qan Fondu (Fondation Gan pour le Cinema) yeni rejissorları dəstəklədiyini bildirərək, I və II yerləri tutan bədii filmlərə Qan Fondu Yayım Mükafatını təqdim edəcəyini deyib.

“Tənqid həftəsi 2020” etiketi olan 10 qısametrajlı film oktyabrın 19-dan 25-dək Festival Scope Pro platformasında rəqəmsal formada və oktyabrın 22-dən 25-dək isə geniş ictimaiyyət üçün yayımlanacaq.

Xatırladaq ki, T.Hacıyevin prodüseri olduğu “Ayrılıqda” (“Torn” ) filmi hələ 2014-cü ildə Kann Festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilib.

Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika üzrə bakalavr və Vest Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnmiş T.Hacıyev 2013-cü ildə “FİL PRODUCTİON” şirkətini təsis edib. ABŞ-da “Palm Springs ShortFest” qısametrajlı film festivalında premyerası olan “Yara” ilk qısametrajlı filmini 2013-cü ilin sentyabrında tamamlayıb. 2015-ci ildə çəkdiyi “Şanxay, Bakı” qısametrajlı filmi Finlandiyada Tampere Film Festivalında nümayiş olunub. “Duz, istiot zövqə görə” filmi Rotterdam Beynəlxalq Film Festivalında ilk dəfə təqdim edilib.

Tarix
2020.06.04 / 19:34
Müəllif
Kult.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla