Yuxarı

Nazir müavini tanınmış sənət adamlarını təbrik etdi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini tanınmış sənət adamlarını təbrik etdi

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov milli kino sənətinin tanınmış nümayəndələri – Xalq artisti, kinoaktyor Fəxrəddin Manafovu anadan olmasının 65, Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayevi isə anadan olmasının 60 illiyi münasibətilə təbrik edib.

Kult.az xəbər verir ki, təbrikdə hər iki yubilyarın Azərbaycan mədəniyyətinə, o cümlədən kino sənətinə mühüm töhfələr verdiyi diqqətə çatdırılır.

Qeyd olunur ki, 40 ilə yaxındır Azərbaycan kinosunun sevilən simalarından olan Fəxrəddin Manafov güclü aktyor istedadı sayəsində, müxtəlif filmlərdə yaratdığı xarakterik obrazlarla təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da geniş tamaşaçı rəğbəti qazanıb və kino sənətimizi tanıdıb.

Təbrikdə, həmçinin Ayaz Salayevin rejissor və ssenarist kimi müasir Azərbaycan kinosunda özünəməxsus yerə malik olduğu, eyni zamanda ölkəmizdə kino sənətinin təbliğində və populyarlaşmasında xidmətləri, bu sahədə səmərəli pedaqoji fəaliyyəti xüsusi qeyd olunur.

Anar Kərimov hər iki yubilyara ən xoş arzularını bildirib, onlara möhkəm cansağlığı, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Tarix
2020.08.02 / 22:38
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla