Yuxarı

İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verilməsi ilə bağlı qərarını alqışlayıb.

Axar.az TASS agentliyinə istinadla xəbər verir ki, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında çıxış edən N.Paşinyan regionda müşahidə olunan müsbət dinamikanın iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açdığını bildirib.

“Regional kommunikasiyaların açılması böyük regionun bütün ölkələri üçün iqtisadi dayanıqlığın gücləndirilməsinə və əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər”, – deyə o qeyd edib.

Ermənistanın Baş naziri Azərbaycanın bu qərarını regionda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, analoji fikri Paşinyan ötən gün Berlində keçirilən konfransda da dilə gətirmişdi.

Tarix
2025.12.11 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla