Yuxarı

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Azərbaycan prezidentinin bu qərarını və bəyanatını yüksək qiymətləndirirəm, çünki bu, çox vacib və müsbət bir hadisədir. Cəmi bir neçə ay əvvəl qeyri-mümkün görünən hadisə indi reallığa çevrilib: taxıl Qazaxıstandan Ermənistana dəmir yolu ilə Azərbaycan və Gürcüstan vasitəsilə daşınıb.

Axar.az xəbər verir ki, bunu Berlində səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın öz ərazisindən İrəvana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına toxunarkən deyib.

Paşinyan bildirib ki, bu, müstəqil Ermənistanın tarixində görünməmiş bir hadisədir:

“Ermənistan həm siyasi, həm də texniki cəhətdən bu gün Türkiyə ilə Azərbaycan arasında yük daşımalarını açmağa və öz ərazisindən keçməsinə icazə verməyə hazırdır. Əminəm ki, sülhün bərqərar olması üçün gündəlik çalışmaqla, Vaşinqton bəyannaməsinin mətninə və ruhuna riayət etməklə və bu prosesi poza biləcək fikirləri rədd etməklə Ermənistan və Azərbaycan hökumətləri iki ölkə arasında davamlı sülhü təsis edə biləcək”.

Tarix
2025.12.10 / 09:54
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla