Yuxarı

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycandan malların birbaşa Ermənistana daxil olacağına ümid etdiyini bildirib.

Axar.az Report-a istinadla xəbər verir ki, o, bu barədə Dünya İqtisadi Forumunun illik iclası çərçivəsində panel müzakirəsində çıxışı zamanı danışıb.

Xaçatryanın sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri artıq sülhə nail olmaq üçün siyasi iradə və cəsarət nümayiş etdiriblər.

O qeyd edib ki, bir-iki il əvvəl belə bir vəziyyət inanılmaz görünsə də, bu gün tərəflər münasibətlərin tamamilə yeni mərhələsindədirlər.

Ermənistan prezidenti vurğulayıb ki, hazırda Azərbaycandan yüklər Gürcüstan ərazisindən keçməklə tranzit olaraq Ermənistana daxil olur, lakin perspektivdə Bakı və İrəvan arasında birbaşa daşımalar mümkün ola bilər.

Onun sözlərinə görə, bu, 1990-cı illərdə yaranmış problemləri aradan qaldırmağa və gələcəyə diqqət yetirməyə imkan verəcək.

V.Xaçatryan həmçinin bildirib ki, əldə edilmiş razılaşmalar konkret prinsiplərə - ərazi bütövlüyünə, suverenliyə və yurisdiksiyaya qarşılıqlı hörmətə əsaslanır. O, sərhədlərin açılmasının münasibətlərin inkişafında növbəti məntiqi addım olacağına əminliyini ifadə edib.

Regionun perspektivlərindən danışan Ermənistan prezidenti qeyd edib ki, əməkdaşlıq nəticəsində Cənubi Qafqaz həm siyasi, həm də iqtisadi baxımdan, o cümlədən Avropa və Asiya arasında əlaqələr kontekstində əlverişli regiona çevrilə bilər.

Xaçatryan göstərilən siyasi iradəyə görə Azərbaycan rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə, eləcə də sülh prosesinə sadiqliyinə görə Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib. Bundan əlavə, o, 8 avqust 2025-ci ildə tarixi sənədin imzalanmasının təşkilinə kömək etmiş ABŞ Prezidenti Donald Trampın rolunu qeyd edib.

Tarix
2026.01.20 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla