Yuxarı

İlham Əliyev mənim dostumdur - Vuçiç

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev mənim dostumdur - Vuçiç

Azərbaycan Prezidenti İlham Əliyev mənim dostumdur.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Dünya İqtisadi Forumunun illik iclası çərçivəsində panel müzakirəsində çıxışı zamanı bildirib.

Vuçiçin sözlərinə görə, Azərbaycan, Ermənistan və Serbiya əhali sayına görə nisbətən kiçik ölkələr olmasına baxmayaraq, gələcəkdə onların rolu yalnız artacaq.

"Əminəm ki, gələcəkdə bizim əhəmiyyətimiz artacaq. Ermənistanda təxminən 3 milyon insan, Serbiyada 7 milyon, Azərbaycanda isə 10 milyon insan yaşayır. Biz bir-birimizlə ortaq dil tapmalı və bir çox işləri birlikdə görməli olacağıq. Çünki bu gün qaydaların olmadığı dünyada "böyük balıq kiçik balığı yeyir" prinsipi işləyir və bunu açıq şəkildə deyirlər - hətta bunu gizlətməyə cəhd belə etmirlər", - o qeyd edib.

Serbiya Prezidenti əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayaraq, alternativin ya böyük geosiyasi bloklara daxil olmaq, ya da öz suverenliyini və müstəqilliyini qorumaq olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Serbiya xalqları ikinci yolu seçəcəklər - bütün tərəfdaşlarla əməkdaşlığa açıq olmaqla milli maraqlar qorunacaq.

Tarix
2026.01.20 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla