Yuxarı

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mövcud tərəfdaşlıq çərçivəsində həyata keçirilən dialoq və qarşılıqlı fəaliyyətin regional təhlükəsizliyə müsbət töhfə verdiyini bildiriblər. Azərbaycanla NATO arasında minasızlaşdırma, kiber təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycanın NATO-nun sülhə dəstək üzrə əməliyyat və missiyalarında iştirak təcrübəsi, Əfqanıstanda proseslərə yaxından dəstəyi, müdafiə sahəsində islahatlar, uyarlılığın təmin olunması sahəsində görülən işlər təqdir olunub. Ötən ilin noyabr ayında NATO üzv ölkələrinin daimi nümayəndələrindən ibarət missiyanın Azərbaycana səfəri məmnunluqla xatırlanıb.

Görüş zamanı, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, regionda dayanıqlı və qalıcı sülhün təmin olunması istiqamətində həyata keçirilən diplomatik səylər və etimad-quruculuğu tədbirləri, 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılaşmalar və sülh perspektivləri, habelə regional nəqliyyat və bağlantı layihələri barədə məlumat verilib.

Tarix
2026.01.22 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Vyetnama səfəri başa çatdı

İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla