Yuxarı

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

12:05

26 yanvar 2026-cı il tarixində nazir Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Gideon Saar arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşlər zamanı Azərbaycan-İsrail münasibətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub.

Qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb.

İqtisadi əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm sütunlarından biri olduğu qeyd edilib. Enerji, ticarət, investisiyalar, turizm, nəqliyyat-logistika, yüksək texnologiyalar, müdafiə və təhlükəsizlik, yaşıl enerji, tibb və əczaçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu xüsusi vurğulanıb. İsrail nazirinin səfəri zamanı keçiriləcək biznes forumun iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Humanitar sahədə əməkdaşlığın, xalqlarımız arasında tarixi bağların, Azərbaycanda çoxəsrlik yəhudi, İsraildə isə Azərbaycan icmasının əlaqələrimiz inkişafına verdiyi töhfə vurğulanıb.

Beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qəzza zolağında vəziyyət, Yaxın Şərqdə sülh və sabitlik səyləri, eləcə də Cənubi Qafqazda post-münaqişə dövründə normallaşma gündəliyi müzakirə olunub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə keçmiş məcburi köçkünlərin qayıdışı və bu prosesə əngəl törədən mina təhlükəsi barədə qarşı tərəfə məlumat verilib.

Görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

Tarix
2026.01.26 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqləndi

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

Azərbaycanla müharibə xəbərdarlığı edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla