Yuxarı

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərinin ləğvini dəstəkləyir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

M.Rubio hazırda qüvvədə olan 1974-cü il Cekson-Venik düzəlişini soyuq müharibənin bir parçası adlandırıb.

Qeyd edək ki, bu düzəliş ölkələrə ticarətdə ən çox üstünlük verilən statusu, dövlət kreditləri və kredit zəmanətlərini təmin etməyi qadağan edir, xüsusilə də vətəndaşlarının hüquqlarını pozan və miqrasiya azadlığını məhdudlaşdıran ölkələrə aid edilir.

Həmçinin, düzəliş bazar iqtisadiyyatı olmayan ölkələrdən idxal edilən mallara diskriminasiyaedici tariflərin tətbiqini nəzərdə tutur.

2012-ci ildə bu düzəliş Rusiya ilə bağlı ləğv edilib, lakin bir sıra MDB ölkələrinə, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistana hələ də tətbiq olunur.

Cekson-Venik düzəlişi bu günə qədər rəsmi olaraq ləğv edilməsə də, 1989-cu ildən etibarən hər il onun icrası dondurulur.

Tarix
2026.01.29 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla