Yuxarı

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Pakistan Baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı X.Xələfov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən və planlaşdırılan təşəbbüslər barədə məlumat verib.

M.İshaq Dar Pakistanın CICA-da Azərbaycanın liderlik roluna, eləcə də regional əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş səylərinə tam dəstək verdiyini bir daha vurğulayıb.

Tərəflər həmçinin iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Tarix
2026.01.30 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla