Yuxarı

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası xarici işlər nazirlikləri arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Serbiya tərəfindən isə dövlət katibi Nevena Yovanoviç başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı dəyişən geosiyasi reallıqlar kontekstində hər iki ölkənin xarici siyasət prioritetləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional proseslər, habelə əsas çağırışlar barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin strateji tərəfdaşlıq münasibətlərinə malik iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqlim dəyişmələri ilə mübarizə və digər sahələr üzrə çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Aparıcı regional və qlobal tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı, qlobal platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində təşəbbüs və namizədliklərə qarşılıqlı dəstəyin verilməsi məsələlərinə xüsusi yer ayrılıb.

Tərəflər çoxtərəfli formatlar çərçivəsində hər iki ölkə üçün prinsipial əhəmiyyət daşıyan xarici siyasət məsələlərində qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tarix
2026.02.04 / 00:04
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla