Yuxarı

Əliyev güclü liderdir, çalışacaq ki, İran... - Mixaylov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev güclü liderdir, çalışacaq ki, İran... - Mixaylov

Rusiyalı politoloq Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:

- İranla ABŞ arasındakı vəziyyət gərginləşməkdə davam edir. Sizin proqnozlarınız nədir?

- Mən hələ də ABŞ-ın sağlam düşüncə nümayiş etdirəcəyinə ümid edirəm, çünki İranla genişmiqyaslı müharibə bütün region üçün fəlakətə səbəb olacaq. Bu, qaçqınlardır, Amerika müttəfiqlərinə hücumdur. İranın hətta uzunmüddətli perspektivdə belə təhlükə yaradacaq hər şeyə zərbə vurmaqla özünü müdafiə etməkdən başqa çarəsi qalmayacaq.

İndi isə Tehranın müttəfiqlərinin boş oturmaması haqda: ağır təyyarələr İrana gəlir (Çindən İrana gələn çoxsaylı hərbi təyyarələr nəzərdə tutulur - red.). İran, şübhəsiz ki, müasir silahlar əldə edir və bu, Tramp üçün müəyyən bir maneədir. Onun təyyarədaşıyan gəmi qrupunu təhlükəsiz məsafəyə çəkməsi təsadüfi deyil. Lakin husilər və digər İran proksi qüvvələrinin mövcudluğu nəzərə alsaq, Trampın müttəfiqləri çətin anlar yaşayacaq. Onlar Xamenei rejimini tamamilə məhv etmək qərarına gəlsə, bölgədə partlayış baş verəcək. Bura Venesuela deyil, Liviya deyil, İraq deyil. Bura İrandır! Və Tramp üçün bir səbəb lazımdır. Amma İrandakı etirazçılara verilən bu dəstək o qədər gülünc bir səbəbdir ki, müzakirə etməyə belə dəyməz. Trampın Amerikasında Miqrasiya Xidməti vətəndaşlarını hər tərəfdə güllələyir. Və heç kim Amerikanın siyasətinə etiraz edən etirazçıları müdafiə etmək üçün ona qarşı çıxmır.

Düşünürəm ki, yaxın günlərdə müharibə olmayacaq. Və beynəlxalq oyunçular birtəhər razılığa gələcəklər. Üstəlik, İran danışıqlara hazırdır, amma öz milli maraqları hesabına deyil.

- ABŞ-ın İrana mümkün hücumu keçən ilin iyun ayından genişliyi ilə fərqlənə bilərmi?

- Hər şey vəziyyətdən asılıdır. ABŞ kəşfiyyat məlumatlarını aldıqdan sonra İranın kifayət qədər müqavimət göstərməyəcəyini anlasa, mütləq zərbə endirəcək. Amma başa düşməliyik ki, İranı yalnız bir raket, bomba və hava zərbəsi ilə məhv etmək olmaz. İranın çoxlu dağlıq ərazisi var. Əgər müharibə baş versə, uzunmüddətli partizan müharibəsi üçün kifayət qədər silah gizlədəcək. ABŞ quru döyüşlərinə cəlb olunarsa, bu, Amerika üçün fəlakət olacaq. Trampın yenidən “Mən vurdum, qazandım, məcbur etdim” demək üçün məhdud bir zərbə vuracağını düşünürəm. İran problemləri olsa da, güclü bir dövlətdir. Dövlətə təhlükə yarandıqda və ümumiyyətlə, dövlət nə olursa olsun, bəzi prioritetləri uğrunda mübarizə apardıqda xalq təcavüzkara qarşı birləşir. Necə ki, Qarabağı azad etmək üçün bütün xalq Əliyevin ətrafında birləşdi. Üstəlik, Pezeşkian kifayət qədər səriştəli siyasətçidir. Trampın əsas məqsədi etirazçıları dəstəkləmək deyil. Onun əsas məqsədi İran neftinin Çinə tədarük edilməməsidir. Çin və Rusiya bunu çox gözəl başa düşür. Buna görə də Tramp İrana qarşı hərbi əməliyyatlar aparmaq qərarına gəlsə, çətin anlar yaşayacaq.

- İlham Əliyev bu yaxınlarda Pezeşkiana zəng edərək iranlı həmkarına ABŞ-la İran arasındakı gərginliyin həllinə töhfə vermək imkanı təklif etdi. Əliyevlə Tramp arasındakı yaxşı münasibətləri nəzərə alsaq, bu, vəziyyətə necə təsir edə bilər?

- Əliyevlə Tramp arasında məhsuldar münasibətlər var. Tramp Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında iştirak edib. Əliyev danışıqlar prosesinə töhfə verə bilər. Əliyev güclü regional liderdir və Pezeşkiana zəng etməsi yaxşıdır. Amma məsələ başqadır. Hamımız başa düşürük ki, İran və Azərbaycanın özünəməxsus ziddiyyətləri var. Əlbəttə ki, indi yaxınlaşan fəlakət fonunda, nə olursa olsun, Əliyevin hərbi əməliyyatların qarşısını almaq səylərini olduqca ümidverici hesab edirəm. Əliyevin iştirakı hərbi əməliyyatların qarşısının alınmasında faydalı ola bilər, çünki Azərbaycan ərazisinə çoxlu sayda qaçqın gələcəyini və buna nəzarət etməyin çox çətin olacağını yaxşı başa düşür. Buna görə də, əlbəttə ki, Əliyev indi vəziyyətin gərginləşməməsi üçün səylərini əsirgəməyəcək.

Tarix
2026.02.06 / 09:00
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla