Yuxarı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Rusiya və ABŞ strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilənin (START) müddətinin uzadılması ilə bağlı razılığa gələ bilmədilər. Beləliklə, yeni nüvə silahlanma yarışına start verildi. Bu, ümumilikdə dünya üçün pis xəbər olsa da, qısa və orta müddətli perspektivdə Ukrayna üçün müəyyən üstünlüklər yarada bilər.

Axar.az xəbər verir ki, bu barədə “Defense Ekspress” (DE) portalı yazıb.

Nəşr qeyd edir ki, hazırda Rusiya və ABŞ hər biri təxminən 700 ədəd nüvə silahı daşıyıcısını — qitələrarası ballistik raketləri və strateji aviasiya təyyarələrini döyüş hazırlığı vəziyyətində saxlayır, həmçinin istifadəyə hazır döyüş başlıqlarının sayı bunun təxminən iki qatıdır. Bu cür arsenalın saxlanılması isə olduqca böyük maliyyə vəsaiti tələb edir.

DE ABŞ Konqresinin Büdcə İdarəsinin 2025-ci ilin aprelində verdiyi qiymətləndirmələrə istinad edib. Həmin qiymətləndirmələrə görə, Pentaqon strateji qüvvələrin döyüş hazırlığının saxlanılması üçün ildə təxminən 95 milyard dollar xərcləyir ki, bu da ümumi müdafiə büdcəsinin təxminən 10 faizinə bərabərdir.

Rusiyanın nüvə silahlarına xərclədiyi vəsaitlər məxfi saxlanılır və Rusiya hərbi-sənaye kompleksində istehsalın daha ucuz olması nəzərə alınmaqla, bu xərclərin ABŞ-dakından bir neçə dəfə az olduğu ehtimal edilir. Lakin analitiklərin fikrincə, nüvə silahlarının Rusiyanın ümumi müdafiə xərclərindəki payı, yəqin ki, ABŞ-da olduğu kimi oxşar səviyyədədir.

“Əgər artıq “məhdudlaşdırıcı mexanizm” yoxdursa, nüvə arsenalının artması tamamilə gözlənilən nəticədir və bu, daha böyük xərclərə gətirib çıxaracaq. Kreml nüvə silahlarına daha çox vəsait ayırmağa məcbur qalacaq: daha çox döyüş başlığı istehsal etməli, daha çox qitələrarası və orta mənzilli ballistik raketlər buraxmalı, atom sualtı raket daşıyıcılarını suya endirməli, həmçinin “Burevestnik” və ya “Poseydon" kimi yeni analoqsuz layihələrin hazırlanmasına investisiya qoymalıdır”, – deyə ekspertlər vurğulayıblar.

Tarix
2026.02.08 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla