Yuxarı

Takaiçi tarixi qələbə qazandı - 80 ildən sonra ilk

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Takaiçi tarixi qələbə qazandı - 80 ildən sonra ilk

Yaponiyada parlament seçkilərində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim blok qələbə əldə edib. Hakim Liberal Demokrat Partiyası (LDP) parlamentdə 224 mandat, koalisiya tərəfdaşı olan Yaponiyanın Yenilənməsi Cəmiyyəti Partiyası isə 23 mandat qazanıb. Takaiçi seçki nəticələri açıqlandıqdan sonra seçki kampaniyası zamanı verdiyi vədlərin yerinə yetiriləcəyini bildirib. Bu, ilk növbədə Yaponiya iqtisadiyyatının üzləşdiyi problemlərin həlliylə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Liberal Demokrat Partiyası İkinci Dünya müharibəsindən bəri ilk dəfə tarixi üçdə iki səs çoxluğunu əldə edib:

“Sanae Takaiçi növbəti mərhələdə Yaponiyanın təhlükəsizlik sahəsində üzləşdiyi problemlərin həlli ilə məşğul olacaq. Bunlardan ən başlıçası bölgədə hərbi gücünü artıran Çinlə münasibətlərdir. Çinin patrul gəmiləri tez-tez Şərqi-Çin dənizində yerləşən mübahisəli Senkaku adaları zonasına yaxınlaşırlar. Həmin adalar Yaponiyaya məxsus olsa da, Çinin də həmin ərazilərə iddiası var. Bundan başqa, Çinlə Rusiyanın bölgədə keçirdiyi birgə hərbi təlimlər Tokionu ciddi narahat edir. Sanae Takaiçinin bir müddət əvvəl Tayvan barədə açıqlaması Pekində narahatlıq doğurmuşdu. Takaiçi Çinin Tayvana hücum edəcəyi təqdirdə Yaponiyanın müdaxilə edəcəyini bildirmişdi. Bu açıqlamadan sonra Çin Yaponiyadan dəniz məhsullarının idxalını, vətəndaşlarının Yaponiyaya turist səfərlərini, o cümlədən Yaponiyaya vacib mineralların ixracını məhdudlaşdırmışdı.

Yaponiyanın Rusiya ilə münasibətlərində də gərginlik var. Tokio Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulub. Bundan başqa, Yaponiya ilə Rusiya arasında sülh sazişinin bu vaxta qədər imzalanmaması ikitərəfli münasibətlərdə əlavə gərginlik mənbəyidir. Takaiçi Rusiya ilə münasibətləri mürəkkəb qiymətləndirsə də, Tokionun Moskva ilə sülh müqaviləsi imzalamağa ümidini itirmədiyini vurğulayıb. Halbuki Moskva Yaponiyanın iddia etdiyi Kuril adalarını güzəştə getmək fikrində deyil. Adalar Yaponiyaya qaytarılmadan isə iki ölkə arasında sülh sazişinin imzalanması problematikdir.

Bu arada, Yaponiyanın Mərkəzi Asiyaya marağı artıb. ABŞ və AB Mərkəzi Asiya ölkələri ilə 5+1 formatında zirvə görüşləri keçirdikdən sonra oxşar sammit Tokioda keçirildi. Yaponiya hökuməti Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə qoşulub. Tokio bu məqsədlə Mərkəzi Asiyada müxtəlif layihələrə yatırımlar qoyacaq. Tokionun Mərkəzi Asiyaya marağı Cənubi Qafqaz bölgəsinə də marağının artmasına şərait yaradır. Cənubi Qafqazda sülh və sablitliyin formalaşması, nəqliyyat xətlərinin Mərkəzi Asiyaya uzanması da buna dəlalət edir”.

Tarix
2026.02.09 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Vensdən İrəvanda sensasiya: Paşinyana görə, 9 milyard dollar...

Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılır

Hakan Fidan Arakçı ilə müzakirə apardı

Baş nazirə etiraz edib, vəzifədən istefa vermişdi... - Dosye

Zərbələr nəticəsində rus neftinin emalı 19 faiz azalıb - Sırski

Azərbaycan heç zaman görünmədiyi qədər... - Prezident

Vens İrəvanda bəyan etdi: TRİPP fondu yaradılacaq

Vensin səfəri ərəfəsində sizin gəlişiniz... - Əliyev

"Hürriyyət"in baş redaktorunun həbsi barədə yeni qərar

Prezident ABŞ nümayəndə heyətini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla