Yuxarı

Vensin Bakıya səfəri sübut edir ki, ABŞ bilir... - Pol Qobl

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vensin Bakıya səfəri sübut edir ki, ABŞ bilir... - Pol Qobl

Axar.az ABŞ politoloqu, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Dövlət Departamentinin keçmiş analitiki Pol Qoblun Azərtac-a müsahibəsini təqdim edir:

— Cənab Qobl, ABŞ-ın vitse-prezidentinin Bakıya səfərini Azərbaycanın Cənubi Qafqazda əsas oyunçu kimi artan rolu kontekstində necə qiymətləndirirsiniz? Vaşinqton Azərbaycanın regional sabitlik baxımından strateji əhəmiyyətini qəbul edirmi?

— ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri Vaşinqtonun Azərbaycanın region üçün nə dərəcədə mühüm olduğunu yeni prizmadan və daha geniş mənada dərk etdiyini təsdiqləyir. ABŞ-ın hazırkı administrasiyası üçün bu amilə fokuslanmaq daha asandır, çünki Azərbaycanla Ermənistan arasında münaqişə ABŞ-ın bu prosesdə fəal və əhəmiyyətli iştirakı ilə başa çatıb.

— Azərbaycan regional əlaqəlilik ideyasını, yəni nəqliyyat, enerji və logistika dəhlizlərinin inkişafını fəal təşviq edir. Bu təşəbbüslər Avropa ilə Asiya arasında dayanıqlı ticarət marşrutlarının formalaşdırılmasında ABŞ-ın maraqları ilə nə dərəcədə üst-üstə düşür? Vaşinqton Azərbaycanla münasibətlərdə müsbət dinamikanın möhkəmlənməsi üçün hansı addımları ata bilər?

— Azərbaycanın tranzit qovşağı kimi rolu ABŞ-ın maraqları və diqqəti baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Bakının özünü regional güc mərkəzi kimi yenidən dərk etməsi də az əhəmiyyətli deyil. Bu, Azərbaycanın sovet hakimiyyətinin qurulmasınadək oynadığı tarixi rola uyğun bir mövqedir. Bu gün Bakı müsəlman dünyasında ideyalar irəli sürməyə hazırdır ki, bu da ABŞ üçün ciddi maraq doğuran amildir.

— Sizin fikrinizcə, yaxın illərdə Cənubi Qafqazda yeni və daha sabit nizamın formalaşmasında Azərbaycan hansı rolu oynaya bilər?

— Əgər Bakı son bir neçə il ərzində yerinə yetirdiyi rolu davam etdirərsə, Azərbaycanın regionda dominant oyunçuya çevrilməsi üçün bütün əsaslar var. Bu rolun miqyası hazırda azərbaycanlıların özlərinin dərk etdiyindən də xeyli böyük olacaq.

— Sizcə, TRIPP təşəbbüsünün dayanıqlı olması və reallaşması üçün hansı addımlar atılmalıdır? Azərbaycanla Ermənistan arasında siyasi, iqtisadi və ictimai səviyyələrdə etimadın möhkəmlənməsi üçün nə baş verməlidir?

— ABŞ-ın iştirakı ilə bu region iki xalq arasında divara deyil, körpüyə çevrilə bilər. Hesab edirəm ki, ABŞ-ın TRIPP təşəbbüsündə iştirakı hər iki ölkə üçün real imkanlar yaradır. Ən vacibi isə odur ki, həm Bakı, həm də İrəvan bu layihəni arzuolunan hesab edir.

— Ötən ilin avqustunda Vaşinqtonda liderlərin görüşündən sonra Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunan ilkin irəliləyişi necə qiymətləndirirsiniz?

— Şərq–Qərb və Şimal–Cənub marşrutlarının nisbətən kiçik bir ərazi üzərindən birləşdirilməsi başlanğıcdan asan proses ola bilməzdi. Buna baxmayaraq, hesab edirəm ki, Bakı və İrəvan ABŞ-ın fəal iştirakı ilə son aylarda gözləniləndən daha çox irəliləyişə nail olub və yaxın aylarda bu prosesi daha da irəli aparmaq imkanına malikdir.

Tarix
2026.02.10 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Əliyev və Vens mətbuata bəyanatla çıxış etdilər

Azərbaycan Ukraynaya generatorlar göndərdi

Bu, Əliyevin liderliyinin bariz nümunəsidir - Vens

D-8 sammiti İndoneziyada keçiriləcək

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

Buna görə Əliyevə böyük təşəkkür düşür - Vens

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla