Yuxarı

Azərbaycan-İran dövlət komissiyasının iclası keçiriləcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-İran dövlət komissiyasının iclası keçiriləcək

Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclası bütün sadalanan əməkdaşlıq istiqamətlərinin daha da genişlənməsinə və mövcud layihələrin icrasına müsbət töhfə verəcəkdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafından bəhs edərkən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini vurğulamaq yerinə düşər.

Mustafayev deyib ki, Prezidentlərin tapşırıqlarının icrası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində — xüsusilə də nəqliyyat, enerji, ticarət, infrastruktur, kommunikasiya və digər istiqamətlərdə layihələrin həyata keçirilməsi təmin edilir.

"Bu layihələrdən bəziləri hazırda icra mərhələsində, bəziləri tamamlanmaq üzrədir və bəziləri artıq icrası başa çataraq istifadəyə verilib. Prezident Məsud Pezeşkianın rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan-İran biznes forumunda Prezidentlərin iştirakı hər iki ölkənin bu sahəyə verdiyi böyük əhəmiyyəti açıq şəkildə əks etdirir. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji istiqamətlərindən biridir," — deyə o bildirib.

Tarix
2026.02.10 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla