Yuxarı

Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar

Əliyevlə Vensin imzaladığı və ABŞ-Azərbaycan münasibətlərinin strateji mərhələyə keçidini rəsmiləşdirən Strateji Tərəfdaşlıq Xartiyasında əhəmiyyətli detallar yer alır.

“Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit” başlıqlı birinci bölmədə üç məqam diqqət çəkir.

1. Azərbaycanın Naxçıvana maneəsiz keçidi – TRİPP layihəsi (Zəngəzur dəhlizi) Bakı və Vaşinqtonun strateji hədəfi olaraq rəsmiləşdi.

Bu layihə Vaşinqton razılaşmalarında öz əksini tapmışdı, daha sonra TRİPP-in icrası ilə bağlı ABŞ-Ermənistan sənədi imzalandı. İkitərəfli sənədin imzalanmasından sonra rəsmi İrəvan Zəngəzur dəhlizinin keçdiyi ərazidə “suverenlik prinsipi” üzərində xüsusi dayanır, “maneəsiz keçid”in üzərindən keçməyə çalışırdı. Bu, erməni ictimai rəyinə hesablanmış mövqe olsa da, Bakı üçün Naxçıvana maneəsiz keçid razılaşmasının Vaşinqtonla ayrılıqda rəsmiləşməsi – ABŞ-ın qarantiyasının bir daha təsdiqi əhəmiyyətli idi. STX mətnində qeyd olunur ki, “ABŞ və Azərbaycanın Naxçıvan Muxtar Resublikasına maneəsiz bağlantını təmin edəcək”.

2. Bakı və Vaşinqton mülki nüvə əməkdaşlığını dərinləşdirməyi planlaşdırır: bu, Azərbaycana nüvə enerjisi hədəfinə çatmaq, eləcə də ABŞ-ın milyardlarla investisiyasını cəlb etmək imkanı qazandırır (Vaşinqton İrəvanla imzaladığı müqaviləyə əsasən Ermənistanın nüvə enerjisi sektoruna 10 milyard dollar sərmayə yatıracaq);

3. Azərbaycan və ABŞ kritik mineralların Orta dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaq istiqamətində əməkdaşlıq edəcək. ABŞ Mərkəzi Asiya regionundan mineralların daşınmasını planlaşdırır və burada Azərbaycanın tranzit rolu həlledici olacaq. Bu, Bakıya təkcə tranzit imkanlarını genişləndirmək yox, həm də minerallar uğrunda genişlənən qlobal rəqabətdə yer almaq və maraqlarını təmin etmək şəraiti yaradır.

Sənədin mühüm hissələrindən biri ABŞ-ın Orta dəhliz marşrutundakı planlarını Azərbaycanı üzərindən qurması, Bakını bu coğrafiyada əsas strateji tərəfdaş kimi qəbul etməsidir.

Xartiyanın “İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur” adlanan ikinci bölməsindəki razılaşmalar Azərbaycanın önündə ABŞ-ın yüksək texnologiyalarına çıxış və investisiya imkanlarını açır.

Üçüncü bölmədə isə təhlükəsizlik əməkdaşlığı əks olunur. Burada qeyd olunan razılaşmalar ABŞ-ın regional sülhdə və Azərbaycanın təhlükəsizliyində zamin rolunu formalaşdırır, Bakı isə beynəlxalq təhlükəsizliyin təmin edilməsində və sülhməramlı missiyada Vaşinqtona dəstək verəcək. Ən önəmli hissə iki ölkə arasında “müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək” razılaşmasıdır. Bu, Azərbaycanın müdafiə sənayesində Amerika texnologiyasından istifadə etməsi ilə yanaşı, ABŞ istehsalı olan hərbi təyinatlı məhsulların alınması imkanlarını da genişləndirir. Və Tramp Administrasiyasında 907-ci düzəlişin tamamilə ləğv edilməsi marağını gücləndirə bilər. Təhlükəsizlik əməkdaşlığı ABŞ-ın Azərbaycana minalarla mübarizədə maliyyə və texnoloji dəstək verməsini də nəzərdə tutur.

Tarix
2026.02.11 / 14:01
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Deputatımızın Londondakı 22 mülkünün - Siyahısı

Cavanşir Feyziyevin 22 əmlakı və bank hesabı donduruldu

Azərbaycanla müharibə xəbərdarlığı edildi

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

İlham Əliyev Məhəmməd əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla