Yuxarı

Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır

2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə birgə işçi qrupunun yaradılması Azərbaycan -ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

Axar.az xəbər verir ki, bu fikirləri mətbuta açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Deputatın fikrincə, bu proses göstərdi ki, tərəflər münasibətləri situativ maraqlar deyil, uzunmüddətli strateji hədəflər üzərində qurmağa üstünlük verirlər:

“2026-cı il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Vensin Bakıya rəsmi səfəri isə həmin strateji kursun davamlılığının və siyasi iradənin real təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə birgə mətbuata bəyanatı son aylarda regionda formalaşan yeni siyasi reallıqların mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu bəyanat təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də Cənubi Qafqazda sülh, əməkdaşlıq və qlobal inteqrasiya perspektivlərini əks etdirən strateji baxışı nümayiş etdirir”.

K.Qafarov bildirib ki, cənab Prezident İlham Əliyevin sülh mövzusunda təqdim etdiyi açıqlamalar xüsusilə diqqətçəkicidir:

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və Sülh haqqında Birgə Bəyannamənin imzalanması region üçün dönüş nöqtəsi hesab edilə bilər. Artıq altı aydır davam edən sabitlik mərhələsi postmünaqişə dövrünün yalnız hüquqi sənədlərlə deyil, praktik davranış və siyasi mədəniyyətlə möhkəmləndirildiyini göstərir. Azərbaycanın sülh şəraitində yaşamağı və əməkdaşlıq mühitini formalaşdırmağı öyrənməsi regional münasibətlərdə yeni modelin əsasını yaradır. Tramp–Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən TRIPP layihəsi isə bu sülh mühitinin iqtisadi və geosiyasi ölçüsünü tamamlayır. Bu marşrut Azərbaycanın daxili bağlantısını gücləndirməklə yanaşı, Cənubi Qafqazı Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağına çevirir. Layihənin təhlükəsiz, etibarlı və genişmiqyaslı xarakter daşıması regionun beynəlxalq ticarət sisteminə inteqrasiyasını sürətləndirir və sülhün iqtisadi dayaqlarını möhkəmləndirir. Əlbəttə ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın artan rolu da Strateji Tərəfdaşlıq Xartiyasının mühüm sütunlarından biridir. Bu gün Azərbaycanın təbii qazla təmin etdiyi ölkələrin əksəriyyətinin NATO üzvü və ABŞ-ın müttəfiqi olması Bakının Avroatlantik təhlükəsizlik məkanında etibarlı tərəfdaş statusunu təsdiqləyir. Enerji sahəsində formalaşmış qarşılıqlı asılılıq siyasi dialoqun dərinləşməsinə və uzunmüddətli strateji əməkdaşlığa əlavə zəmin yaradır. Beləliklə, cənab Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–ABŞ münasibətlərinin yalnız ikitərəfli deyil, regional və qlobal miqyasda əhəmiyyət daşıdığını göstərir. Sülh, nəqliyyat, enerji və təhlükəsizlik kimi əsas istiqamətləri əhatə edən bu tərəfdaşlıq Azərbaycanın dəyişən beynəlxalq sistemdə artan strateji rolunu aydın şəkildə ortaya qoyur”.

Tarix
2026.02.12 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla