Yuxarı

Bununla Avropa Parlamenti gerçək simasını aşkara çıxardı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bununla Avropa Parlamenti gerçək simasını aşkara çıxardı...

Hazırda Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli mühit yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra tərəflər arasında etimadın formalaşması üçün addımlar atılır. Lakin müəyyən xarici dairələr regionumuzda sülhün təmin olunmasına maraqlı deyil. Bu səbəbdən də, Azərbaycanla Ermənistan arasında yenidən gərginlik yaratmağa xidmət edən mövqe sərgiləyirlər.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

O bildirib ki, ölkəmizə qarşı daim qərəzli mövqe nümayiş etdirən təşkilatlardan biri Avropa Parlamentidir:

“Torpaqlarımız işğal altında olanda təcavüzkar Ermənistana qarşı heç bir addım atmayan bu təşkilat ölkəmizi “insan hüquqları və demokratiya” bəhanəsi ilə hədəfə alırdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanın “vəkili” rolunda çıxış etməklə Avropa Parlamenti gerçək simasını aşkara çıxardı.

Bugünlərdə Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı “bütün erməni məhbusları”nı azad etməyə çağıran bəyanat verib. Əlbəttə, bu bəyanatın heç bir əsası yoxdur. Çünki həmin ermənilərin konkret olaraq müharibə cinayətləri sübuta yetirilib. Azərbaycan cəmiyyəti hər zaman bu qurumun qərəzli mövqeyini etirazla qarşılayır. Bu baxımdan, Qərbi Azərbaycan İcmasının Avropa Parlamentinin bəyanatına münasibəti diqqəti cəlb edir. İcma həmin bəyanatı Ermənistanın Azərbaycan ərazilərini işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndirib. İcma bəyan edib ki, Avropa Parlamentinin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, Qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir. Əlbəttə, Qərbi Azərbaycan İcması bu mövqeyində tamamilə haqlıdır. Çünki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir”.

Tarix
2026.02.12 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla