Yuxarı

İlham Əliyev Münhendə Bolqarıstan prezidenti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Münhendə Bolqarıstan prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.

Axar.az xəbər verir ki, Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə etdi.

O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olundu.

Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Bolqarıstanın Azərbaycan-Avropa Birliyi əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi.

Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirildi.

Tarix
2026.02.14 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla