Yuxarı

Prezident dəhlizin Trampın adını daşımasından danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident dəhlizin Trampın adını daşımasından danışdı

Layihə (TRİPP) ABŞ administrasiyası üçün vacib olmasaydı, buna ABŞ Prezidenti öz adını verməzdi.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.

"TRİPP layihəsi - Donald Trampın adını daşıyır. Bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq. Əgər belə olmasaydı, prezident öz adını verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq. Biz tamamilə əminik ki, ABŞ bunun hissəsi olacaq", - İ.Əliyev vurğulayıb.

İlham Əliyev qeyd edib ki, informasiyaya görə, ABŞ və Ermənistan elə bir şirkət təsis etmək istəyirlər ki, o, fiziki olaraq tikinti işləri aparsın və sərmayələr yatırsın:

"Açıq mənbələrdən bilirik ki, 76% səhm ABŞ-yə məxsus olacaq, qalanı Ermənistana. Bu, birinci 49 il ərzində olacaq. Daha sonra növbəti 49 illik müddət olacaq. Əgər bu format funksional olsa, bir əsr qüvvədə qalacaq".

Tarix
2026.02.14 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla