Yuxarı

Xocalı faciəsi ötən əsrin soyqırım cinayətidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı faciəsi ötən əsrin soyqırım cinayətidir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində baş verən qətliam yalnız regional münaqişənin bir qanlı epizodu deyildi. Bu faciə həm də sovet dövrünün dağılma prosesində ortaya çıxan hakimiyyət çatışmazlığı və etnik qarşıdurmaların bəşəriyyət üçün nə qədər təhlükəli ola biləcəyini göstərən həssas bir nümunə oldu.

Axar.az xəbər verir ki, bu sözləri Xocalı Soyqırımı Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, 25 fevral gecəsi Ermənistan silahlı qüvvələrinin, Qarabağdakı erməni silahlı dəstələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə şəhərə hücum planlaşdırıldı və həyata keçirildi:

“Bu hücum nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə yetirildi, yüzlərlə insan ağır yaralandı və 1275 nəfər əsir götürüldü. Onların arasında yüzlərlə insanın taleyi bu günə qədər məlum deyil. Azərbaycan hökuməti və hüquq mühafizə orqanları hücumun məqsədinin yalnız şəhəri ələ keçirmək olmadığını, eyni zamanda etnik səbəblərlə dinc əhali üzərində zorakılıq siyasətinin həyata keçirildiyini qeyd edir. Bu istiqamətdə Xocalı olayının “soyqırımı” aktı kimi xarakterizə edilməsi ölkənin daxili qanunvericiliyi və bir sıra beynəlxalq müqavilələr baxımından əsaslandırılır”.

K.Qafarov daha sonra qeyd edib ki, ermənilərin bütün bu vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi və Azərbaycan bütün şəhidlərinin qanını düşməndən döyüş meydanında aldı:

“Xocalı faciəsi beynəlxalq hüquq normalarına görə insanlığa qarşı cinayət və soyqırımı cinayəti kimi qiymətləndirilir. Ermənistan silahlı qüvvələrinin hərəkətləri beynəlxalq konvensiyalar — xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyası, Uşaq Hüquqları Konvensiyası kimi sənədlərlə ziddiyyət təşkil edir. Bu sənədlərə görə mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınması və kütləvi qırğını insanlığa qarşı ən ağır hüquq pozuntularından biri sayılır. Lakin xalqımıza qarşı törədilən bütün bu vəhşiliklər düşməni öz əsas məqsədinə çatdıra bilmədi. Ölkə Prezidenti cənab İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti bu planları alt-üst etdi. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində Xocalı şəhəri də Xankəndi, Ağdərə, Xocavənd şəhərləri və digər qalan ərazilərimizlə birgə separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran möhtərəm dövlət başçımız Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi. Bu gün Xocalı soyqırımı kimi faciələr yalnız tarixi fakt kimi qalmaqla kifayətlənməməli, eyni zamanda beynəlxalq hüquq, sülh və insan hüquqları üçün qabaqlayıcı dərs kimi araşdırılmalıdır”.

Tarix
2026.02.26 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında...

Paşinyan Polşada Azərbaycan və Türkiyədən danışdı

Türkiyə XİN Azərbaycana başsağlığı verdi

Meksikada baş vermiş son hadisələr... - Bayramov

Təyyarənin vurulması Rusiya MN-in səhvidir

İlham Əliyev mayda İrəvana gedir? - Bayramov açıqladı

Ermənistanın WUF13-ə dəvət olunub? - Nazir

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan və Ukrayna rəsmiləri arasında mühüm görüş...

XİN-dən Xocalı ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla