Yuxarı

Erməni TIR-ları saxlanıldı: İrəvan Tiflisdən izahat gözləyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni TIR-ları saxlanıldı: İrəvan Tiflisdən izahat gözləyir

İrəvan Kobidəki terminalda (TIR parkı) Ermənistan yük maşınlarının saxlanılması ilə bağlı Gürcüstan tərəfindən izahat gözləyir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Papoyanın sözlərinə görə, o, bu məsələni İrəvanda gürcü həmkarı Mariam Kvrivişvili ilə görüşdə qaldırıb:

“Kvrivişvili qeyd etdi ki, bu, onun idarəsinin səlahiyyətlərinə aid deyil. Bununla Gürcüstan Maliyyə Nazirliyinə tabe olan maliyyə polisi məşğul olur”.

O vurğulayıb ki, Gürcüstan tərəfinin məlumatına görə, maliyyə polisi müəyyən risklər müəyyən edib:

“Hansı konkret risklərin müzakirə olunduğuna dair aydınlıq gətirilməsini istədim ki, həm biz, həm də biznes qurumlarımız nəyin idxal edilə biləcəyini və nəyin idxal edilə bilməyəcəyini başa düşək. İrəvan hələlik qanun pozuntuları ilə bağlı açıqlama almayıb”.

Erməni nazir bu hadisənin hər hansı siyasi məna daşıyıb-daşımadığı sualına cavab verməyib.

Qeyd edək ki, əsasən tikinti materialları ilə yüklənmiş Ermənistan ixracatçılarının 100-dən çox yük maşını Gürcüstanda ilişib qalıb.

Tarix
2026.02.26 / 15:55
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə şəxsi söhbətlər zamanı…

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla