Yuxarı

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Hindistanın yeni səfirini qəbul etdi

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abhay Kumarı qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Hindistan arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlərin müzakirəsi baxımdan faydalı olacağını qeyd ediblər.

Görüşdə ölkələr arasında tarixi münasibətlərin əlaqələrin təməlini formalaşdırdığı bildirilib, birbaşa təyyarə reyslərinin mövcudluğu, turizm və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məmnunluq ifadə olunub.

Enerji sahəsində əməkdaşlığa toxunularaq, Hindistanın "ONGC Videsh" şirkətinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda və Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərində paya sahib olması ikitərəfli iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri olduğu bildirilib.

Görüş zamanı, həmçinin Yaxın Şərqdə mövcud gərginlikdən narahatlıq ifadə olunub. Hindistan səfiri ölkəsi adından İran ərazisindən Hindistan vətəndaşlarının təxliyəsi zamanı göstərilən dəstəyə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü ifadə edib.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Abhay Kumar səmimi qəbula görə təşəkkürünü bildirərək, fəaliyyəti dövründə Azərbaycan-Hindistan münasibətlərinin bütün istiqamətlər üzrə genişləndirilməsinə töhfə vermək niyyətində olduğunu xüsusi vurğulayıb.

Tarix
2026.04.01 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

Rəsmi Bakıdan ABŞ-İran razılaşmasına münasibət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla