Yuxarı

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentlərin təkbətək görüşü oldu - Foto

11:48

Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.

Axar.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunuldu.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edildi.

Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulandı.

Azərbaycan və Gürcüstan prezidentləri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildirdilər, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Görüşdən sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.

Tarix
2026.04.06 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla