Yuxarı

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Gürcüstan Azərbaycanın iqtisadi cəhətdən əsas partnyorlarından biri, hətta ölkəmizin dünya bazarına və qərbə açılan qapısıdır. Digər tərəfdən, hər iki dövlət Cənubi Qafqazda ortaq siyasi və mədəni maraqları olan dost ölkələrdir. Ona görə də vaxtaşırı ölkələr arasında qarşılıqlı səfərlərin keçirilməsi zəruridir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini şərh edərkən deyib.

“Hazırda bölgəmizdə çox böyük geosiyasi problemlər yaşanır və müharibələr baş verir. Aydın məsələdir ki, bu məqamda hər iki ölkənin rəhbəri arasında tez-tez məsləhətləşmələr aparılmalı və görüşlər keçirilməlidir.

Ümumiyyətlə, son dövrlərdə yaranmış münaqişələr, enerji bazarında olan mövcud gərginlik və iqtisadi məsələlər iki ölkə arasında görüşləri zəruri edir.

Fikrimcə, Azərbaycan və Gürcüstan arasında təkcə bu sektorlarda yox, eyni zamanda yaşıl enerji məsələsində də qarşılıqlı maraq doğuran mövzular var.

Digər tərəfdən də Azərbaycan Gürcüstanda iqtisadi aktivlikdə maraqlıdır. Aydındır ki, Gürcüstanda yerləşən “Kulevi” terminalında Azərbaycanın payı var. Həmçinin Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan boru kəməri, Orta Dəhlizin bir qolu olan Bakı-Tiflis-Qars dəmir yolu xətti Gürcüstan ərazisindən keçir. Bundan əlavə, həm Yaxın Şərqdə, həm də Rusiya və Avropa Birliyi arasında olan gərginliyə görə Orta Dəhlizin də əhəmiyyəti artır. Bu da iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə səbəb olan faktorlardır. Bütün bu proseslər Azərbaycan və Gürcüstan arasında qarşılıqlı məsləhətləşmələrə xüsusi ehtiyac yaradır.

Düşünürəm ki, vaxtaşırı olaraq Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan və Gürcüstan- Türkiyə arasındakı görüşlər də həm ikitərəfli, həm də üçtərəfli formatda Azərbaycan və Gürcüstan əlaqələrinin daim yenilənməsinə və geosiyasi proseslərə cəld və adekvat cavab verməsinə zəmin hazırlayır”, - politoloq bildirib.

Tarix
2026.04.07 / 07:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

Mehriban Əliyevanın şərəfinə Tiflisdə lanç verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla