Yuxarı

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Koşerbayevi qəbul etdi - Foto

8 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüş zamanı, Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub və bu münasibətlərdən irəli gələn məsələlər, eləcə də regional vəziyyət ətrafında geniş müzakirə aparılıb.

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında əməkdaşlıq son illərdə daha da intensivləşərək iqtisadiyyat, ticarət, enerji, sənaye, nəqliyyat-logistika, rəqəmsallaşma və texnologiya, kənd təsərrüfatı, turizm, mədəni, humanitar və təhsil sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq formatına çevrilib.

Qarşılıqlı sərmayələr, o cümlədən 300 milyon ABŞ dolları həcmində investisiya fondunun yaradılması iqtisadi əməkdaşlığın inkişafında mühüm istiqamət kimi qeyd olunub.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, qeyri-neft sektorunda birgə layihələrin həyata keçirilməsi və regional bağlantıların gücləndirilməsi istiqamətində mövcud potensialın əməkdaşlığın gələcək inkişafına geniş imkanlar yaratdığı xüsusilə vurğulanıb.

Orta Dəhliz üzrə əməkdaşlığın strateji əhəmiyyəti vurğulanaraq bu marşrutun Avropa ilə Asiya arasında yükdaşımaların artmasına töhfə verdiyi və tranzit potensialının gücləndirilməsinin mühüm istiqamət olduğu diqqətə çatdırılıb.

Mərkəzi Asiya regionu ilə intensiv dialoqun inkişafı, o cümlədən C6 formatı çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, beynəlxalq və regional platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub və bu platformalarda qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi diqqət mərkəzində olub.

Tərəflər Yaxın Şərqdəki gərginlikdən ciddi narahatlıqlarını ifadə edərək, münaqişələrin yalnız diplomatik vasitələrlə həllinin əhəmiyyətini vurğulayıblar. İran və ABŞ arasında əldə olunmuş atəşkəs alqışlanıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq fəaliyyətləri və keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfinin dəstəyi ilə inşa olunmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkür ifadə olunub.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2026.04.08 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

Bu, bütün dünya üçün təhlükədir - Deputat

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik etdi

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

Bu, İran üçün qələbə deməkdir

Rəsmi Bakıdan ABŞ və İran arasındakı atəşkəsə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla