Yuxarı

Bayramov Pier-İv Fuksu qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Pier-İv Fuksu qəbul etdi

15 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin Avrasiya şöbəsinin rəhbəri Pier-İv Fuksu qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini, beynəlxalq təşkilatlar və platformalar çərçivəsində aparılan işləri, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədrliyi üzrə planları nəzərdən keçiriblər.

Bununla yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın irəlilətdiyi sülh gündəliyi, həyata keçirdiyi bərpa və quruculuq işləri, eləcə də minasızlaşdırma fəaliyyəti müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Eyni gündə Azərbaycan və İsveçrə xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Fariz Rzayev, İsveçrə tərəfdən isə dövlət katibinin müavini Pier-İv Fuks rəhbərlik edib.

Tarix
2026.04.15 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla