Yuxarı

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan XİN-dən Nyu York merinə cavab

Azərbaycan Xarici İşlər Nazirliyi Nyu York meri Zöhran Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə X hesabında bildirib.

Ayxan Hacızadə qeyd edib ki, ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər.

“Sizin təhrikedici bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və faktları siyasi məqsədlər üçün təhrif edir. 2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkət edib. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri 30 il davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələndi. “Qovulma” iddiaları isə erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təklif edildiyini nəzərə almır. Xüsusilə narahatedicidir ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qırğınları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzdən gələrək birtərəfli narrativləri təbliğ edir. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Məmdani guya 1915-ci il “soyqırımını” Azərbaycanın “etnik təmizləmə” ilə davam etdirdiyi haqda yalan, böhtan və ermənipərəst açıqlama yayıb.

Tarix
2026.04.25 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla