Yuxarı

Əliyevə söz vermişdim ki, AB-dən kənara... - Babiş

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevə söz vermişdim ki, AB-dən kənara... - Babiş

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Babiş Feysbuk hesabında yazıb.

"Mən bundan sonra da ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək niyyətindəyəm və məmnuniyyətlə Prezident İlham Əliyevi xanımı ilə birlikdə Çexiyaya səfər etməyə dəvət etdim", - o vurğulayıb.

Babiş qeyd edib ki, yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevə Avropa Birliyindən (AB) kənara ilk səfərinin Azərbaycana olacağına söz verib və bu vədini yerinə yetirə bildiyindən məmnunluğunu bildirib.

"Dostluq xarakterli və ən əsası, çox konkret danışıqlara görə təşəkkür edirəm. Ölkələrimiz arasında möhkəm əlaqələr və ticarət əməkdaşlığı üçün böyük potensial mövcuddur", - o vurğulayıb.

Baş nazirin sözlərinə görə, tərəflər qaz tədarükü üzrə uzunmüddətli müqavilənin bağlanmasına olan marağı vurğulayaraq, digər sahələrdə də əməkdaşlığı genişləndirməyə hazır olduqlarını ifadə ediblər. O qeyd edib ki, danışıqlarda "ČEZ" (Çexiyanın ən böyük enerji şirkəti) şirkətinin nümayəndələri iştirak edir və bu prosesin uğurla başa çatacağına əmindir.

O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev qarşılıqlı enerji və sənaye fəaliyyətinin inkişafına diqqət yetirəcək hökumətlərarası iqtisadi komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Çexiya tərəfindən ona sənaye və ticarət naziri Karel Havliçek, Azərbaycan tərəfindən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək.

Bundan əlavə, tərəflər Karlovı Varı hava limanının inkişafı, habelə Çexiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla, bir sıra konkret layihələri müzakirə ediblər. Babiş əlavə edib ki, Çexiya müdafiə müəssisələri artıq Azərbaycana əhəmiyyətli tədarükçülərdir.

Tarix
2026.04.27 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla