Yuxarı

Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi önəmli yer tutur. Bu baxımdan, Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanın yalnız Çexiya üçün deyil, bütövlükdə Avropa Birliyi üçün vacib ölkə olduğunu təsdiqləyir.

Axar.az xəbər verir ki, bu sözləri deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Çexiya ilə diplomatik münasibətlər qurulub:

“2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Çexiya Baş nazirinin səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Hazırda ölkələrimizin fəal siyasi dialoqu mövcuddur. Liderlərin görüşündə həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Millət vəkilinin sözlərinə görə, siyasi dialoqla yanaşı ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial var:

“Cənab Prezident bununla bağlı qeyd edib: “Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq”. Bundan əlavə, enerji sahəsində əməkdaşlıq da diqqət mərkəzində olub. Bu sahədə Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Nəzərə alaq ki, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa Birliyi (AB) də qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə AB-nin üzvüdür.

Çexiyanın Baş naziri Andrey Babiş isə mətbuata bəyanatında Azərbaycanı ölkəsinin strateji tərəfdaşı olduğunu vurğulayıb. “Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir”,-deyə o, söyləyib. Baş nazirin dediyinə görə, Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur”.

Samir Vəliyev qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin böyük perspektivi var:

“Azərbaycan Prezidenti və Çexiyanın Baş nazirinin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes forumu da bunun göstəricisidir. Forumda Çexiyanın 50 şirkətinin təmsil olunması ölkəmizə artan marağın göstəricisidir. Bütövlükdə, Çexiya Baş nazirinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcək”.

Tarix
2026.04.28 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

Babişin Azərbaycana səfəri başa çatdı - Foto

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla