Yuxarı

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti parlament seçkiləri öncəsi Baş nazir Nikol Paşinyanın mövqeyini gücləndirmək üçün hazırlanmış seçki alətidir. Moskva isə Qərbin və regional oyunçuların Ermənistanın daxili siyasətinə müdaxiləsini ölkənin ləyaqətinin aşağılanması kimi görür.

Axar.az xəbər verir ki, bu sözləri MDBMİ-nun (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı Nikolay Silayev erməni mediasına müsahibəsində deyib.

Silayevin sözlərinə görə, sammitin Ermənistanda keçirilməsi Avropa liderlərinə heç nə vermir, bu, Paşinyana hesablanmış kampaniya hədiyyəsi kimi xidmət edir:

“AB-nin Ermənistan baş nazirinə aktiv dəstəyi Moskva üçün gözlənilməz deyil. 2022-ci ilin oktyabr ayı Ermənistanın Rusiyadan uzaqlaşmasında ən həlledici addımdır. O zaman Paşinyan Avropa Birliyinin təzyiqi altında Qarabağı Azərbaycan ərazisi kimi tanıdı və otuz ildən çox davam edən danışıqların əsasını təşkil edən mübahisəli status mübahisəsindən faktiki olaraq imtina etdi”.

Silayev bildirib ki, əgər Paşinyan seçkilərdə qalib gələrsə, Rusiya onunla əməkdaşlıq etməlidir:

“Başqa nə edə bilərik? Amma Ermənistan Rusiya ilə son bağlantıları qırmaq kursunu tutsa, yəni AB-yə üzv olmaq istiqamətində irəliləsə, nəticələrinə görə tam məsuliyyəti Ermənistan hakimiyyəti daşıyacaq”.

Bununla bərabər, Silayev Ermənistanda “öz ölkəsinin maraqlarına zidd olaraq əlaqələri (Rusiya ilə - red.) kəsəcək bir hökumət yarana biləcəyini” də vurğulayıb.

Tarix
2026.04.29 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla