Yuxarı

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycandan sonra karyerasının ən vacib səfərinin baş tutacağını - Çinə yollanacağını bildirib.

Axar.az Report-a istinadən xəbər verir ki, Serbiya dövlət başçısı yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini bir daha dilə gətirib.

Serbiya prezidenti əlavə edib ki, bundan sonra karyerasının ən mühüm səfərini edəcək və Çinə yollanacaq:

"Bu səfərlə əlaqədar fərqli nümayəndə heyətləri Çinə gedəcək. İqtisadiyyat naziri artıq orada təxminən on gün vaxt keçirib. Bir çox digər nazirlər də hazırlıq prosesi çərçivəsində öz işlərini icra edirlər. İnanıram ki, Serbiya vətəndaşlarının məmnun edəcək bir çox məsələlərin həllinə nail olacağıq. Lakin əsas məqsədimiz tikinti sektorunun və sənayenin inkişafı olmalıdır".

A.Vuçiçin fikrincə, Serbiya üçün tarixi əhəmiyyət daşıyacaq Çinə səfərindən sonra robot istehsalı nəzərdə tutulan zavodun tikintisi ilə bağlı bütün məsələlər üzrə yekun razılıq əldə olunacaq. O qeyd edib ki, ilk robotların artıq iyun ayında istehsal xəttindən çıxacağı gözlənilir.

Tarix
2026.05.01 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla