Yuxarı

AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

Avropa Birliyinin (AB) Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb.

Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu, bu kimi çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilib. 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi, bunun əksini iddia edən bəyanatların yanlış olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, "müharibə əsirləri" kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışların da hüquqi baxımdan qəbuledilməz olduğu görüşdə qeyd edilib. Azərbaycan tərəfinin humanist yanaşma nümayiş etdirərək bir çox məhbusları azad etdiyi, etimad quruculuğu istiqamətində addımlar atdığı, barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslər olduğu xatırlanıb.

"Mədəni və dini irsin məhv edilməsi" ilə bağlı iddiaların tamamilə əsassız və qəbuledilməz olduğu vurğulanıb. Bununla yanaşı, işğal dövründə Azərbaycanın mədəni və dini irsinin genişmiqyaslı şəkildə dağıdılması və təhqir olunması faktlarına Avropa institutları tərəfindən önəm verilmədiyi diqqətə çatdırılıb.

Görüşdə Avropa Birliyi tərəfi Azərbaycan-Avropa Birliyi münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırılıb.

Tarix
2026.05.01 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla