Yuxarı

Azərbaycanla bağlı bu qətnamə diplomatik rüsvayçılıqdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bağlı bu qətnamə diplomatik rüsvayçılıqdır

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini diplomatik rüsvayçılıq adlandırmaq olar.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

O, Avropa Parlamenti tərəfindən belə bir siyasətin yürüdülməsinin təəssüf doğurduğunu bildirib:

"Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur. Avropa Parlamentinin bu tip məsələlərə münasibət bildirmək mandatı da yoxdur".

Onun fikrincə, bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl yaratmaqdır:

"Azərbaycanla Ermənistan arasında sülhün formalaşması istiqamətində iqtisadi addımların atıldığı bir dövrdə, Azərbaycanın baş nazirinin müavininin Ermənistana səfər etməsindən bir gün sonra belə bir qərarın olması ancaq diplomatik rüsvayçılıqdır".

H.Hacıyev vurğulayıb ki, onların bu addımlarını pozuculuq, provokasiya və regionu yenidən müharibəyə sürükləmək cəhdi kimi qiymətləndirmək olar.

Tarix
2026.05.01 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla