Yuxarı

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Azərbaycan QHT-ləri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa Birliyi-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına açıq məktub ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli xanım Ursula fon der Leyen,

Hörmətli cənab Antonio Kosta,

Hörmətli 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa Birliyi-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçıları!

Cənubi Qafqaz ötən yay Vaşinqton Zirvə Görüşündən sonra böyük bir transformasiya yaşayır. Azərbaycan və Ermənistan davamlı sülhə doğru irəliləyir.

Avropa Cənubi Qafqazla əlaqələrini dərinləşdirdikcə, biz, aşağıda imza atan Azərbaycan vətəndaş cəmiyyəti və insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələri, sizləri Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesini dəstəkləməyə, eyni zamanda, Azərbaycanın üzləşdiyi itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərə diqqət yetirməyə çağırırıq.

Hazırda I Qarabağ müharibəsindən bəri 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri ahıl olmaqla, təxminən 4000 Azərbaycan vətəndaşı itkin düşüb. Güclü dəlillər ortadadır ki, bu insanlar işgəncəyə məruz qalaraq öldürülüb, bu isə müharibə cinayətləridir.

30 ildən artıqdır ki, Ermənistan bu şəxslərin taleyi və kütləvi məzarların yeri barədə məlumat vermir. Bu 4 min nəfər itkin düşmüş şəxsin ailələrinin ağrı və əzabları beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqətdən kənarda qalmış humanitar faciədir.

2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən bəri 32 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlardan aşkar edilmiş qalıqlar əsasında 91 nəfərin kimliyi müəyyən edilib və onlar dəfn olunub. Bu şəxslərin dəfnləri ailələri üçün çoxdan intizarında olduqları təskinlik yeri olub.

Bəzi erməni səhra komandirləri I Qarabağ müharibəsi zamanı öldürülən azərbaycanlıların kütləvi məzarlıqlarının yerləri barədə məlumatlara sahib olduqlarını bildiriblər. Sizi və bütün iştirakçıları çağırırıq ki, bu şəxsləri sorğu-sual etmək və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycana təqdim etmək üçün Ermənistana təzyiq edəsiniz.

Digər vacib humanitar problem Azərbaycanın azad edilmiş ərazilərinin minalarla çirklənməsidir. Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməkdən boyun qaçırması 2020-ci ildə II Qarabağ müharibəsinin bitməsindən bəri 400-dən çox insanın ölümünə və yaralanmasına səbəb olub. Bu "gizli müharibə" Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işlərini ləngidir və yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına mane olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, sizi Ermənistanı itkin düşmüş azərbaycanlılar haqqında məlumatları açıqlamağa və Azərbaycanın azad olunmuş ərazilərinin dəqiq mina xəritələrini verməyə vadar etməyə dəvət edirik. Bu məsələlərin həlli etimad quruculuğu baxımından Ermənistan tərəfindən atıla biləcək praktiki addım ola bilər.

İnanmaq istərdik ki, Ermənistana qarşıdakı səfəriniz zamanı Azərbaycana ciddi təsir göstərən bu humanitar problemlərin həlli üçün Avropanın kollektiv qətiyyətini nümayiş etdirəcəksiniz”.

Tarix
2026.05.01 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidəki işlər Ukrayna üçün mühüm nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

Vətəndaşlar pullarını bu bankdan geri çəkir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla