Yuxarı

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur:

“İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də ölkəmizə səfər etməsi də qarşılıqlı əlaqələrimizin güclənməsindən xəbər verir. Liderlərin görüşündə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər həyatda da öz əksini tapır”.

Millət vəkilinin sözlərinə görə, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır:

“2025-ci ildə ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında da önəmli yer tutur. Belə ki, Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Ötən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunub.

İtaliya şirkətləri isə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərində yaxından iştirak edir. Prezident İlham Əliyevin dediyi kimi, həmin ərazilərdə İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. “Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq”,-deyə dövlətimizin başçısı vurğulayıb. Xanım Meloni də siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, eyni zamanda təhlüksizlik sahəsinin də vacibliyini vurğulayaraq deyib: “Həlledici digər sahə müdafiə və təhlükəsizlik sahəsidir. Bu sahədə, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən kamil nəticələrini dəyərləndirərək əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət, sənaye sistemlərimizi birləşdirən amillər olsun”.

“Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr davamlı olaraq güclənir”, - Samir Vəliyev vurğulayıb.

Tarix
2026.05.05 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu sazişi təsdiqlədi

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla