Yuxarı

İran bunu araşdıracağını vəd edib - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran bunu araşdıracağını vəd edib - Bayramov

İran tərəfi Naxçıvan istiqamətində baş vermiş raket-dron hadisəsinin araşdırılacağını Azərbaycan tərəfinə vəd edib.

Axar.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, hadisə baş verən kimi Azərbaycan tərəfindən dərhal reaksiya verilib və İranla çoxsaylı təmaslar həyata keçirilib:

"İran İslam Respublikasının Prezidenti (Məsud Pezeşkian) tərəfindən cənab Prezidentə (İlham Əliyevə) zəng olmuşdu. Mənim də İran xarici işlər naziri ilə bir neçə telefon danışığım olub. İran tərəfi raket və dronların İran tərəfindən atılmadığını iddia edir. Onların yanaşması ondan ibarətdir ki, burada hansısa üçüncü ölkələrin təxribatı həyata keçirilib. Məsələ ilə bağlı hərbçilər xətti ilə də bir neçə təmas baş tutub".

Xatırladaq ki, martın 5-də İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvan ərazisinə hücum edilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Babək rayonu Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə əlaqədar İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

Tarix
2026.05.10 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla