Yuxarı

İlham Əliyev Fitsoya cavab yazdı: Əziz Robert...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Fitsoya cavab yazdı: Əziz Robert...

Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun X sosial media hesabında etdiyi paylaşıma eyni platformada verdiyi cavabda qeyd edib.

"Əziz Robert, Azərbaycan haqqında doğru və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və tezliklə sizi Bakıda görməyi səbirsizliklə gözləyirəm", - İlham Əliyev bildirib.

Qeyd edək ki, Robert Fitso Rusiyaya səfərdən dönərkən Prezident İlham Əliyevdən bəhs edib və Azərbaycan əleyhinə AP-nin qəbul etdiyi qətnamələrə görə Azərbaycan liderinin kəskin tənqidini xatırladıb. O bildirib ki, İlham Əliyev Avropa Parlamentinin yalan yaymaqdan, başqalarının işinə qarışmaqdansa, ilk növbədə Avropanın problemləri ilə məşğul olmalı olduğunu bildirərkən çox haqlıdır.

"Mən də Slovakiyadan Avropa Parlamentinə eyni mesajı göndərirəm, xüsusilə onların son “şedevr” qərarı ilə bağlı", - deyə Fitso Avropa Komissiyasının Slovakiya üçün Avropa fondlardan ayırmaların dayandırılması haqda tövsiyəsini nəzərdə tutaraq vurğulayıb.

Tarix
2026.05.10 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla