Yuxarı

Azərbaycana qarşı revanşist düşüncəli şəxslər... - Nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana qarşı revanşist düşüncəli şəxslər... - Nazir

Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar bu istiqaməti seçkiqabağı kampaniya zamanı açıq şəkildə nümayiş etdirirlər.

Axar.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından əhəmiyyət daşıyır:

"Faktiki olaraq hökumətin formalaşması bu seçkilərin nəticələrindən asılıdır və orada gərgin mübarizə gedir. Fərqli siyasi qruplar seçkiqabağı kampaniya dövründə müxtəlif vasitələrdən istifadə edir".

C.Bayramov vurğulayıb ki, Azərbaycan regionda lider dövlət kimi milli maraqlarına uyğun siyasət yürütməyə davam edəcək:

"Azərbaycan dövləti prosesləri diqqətlə izləyir və siyasətini, ilk növbədə, Azərbaycanın milli maraqları əsasında qurur".

Tarix
2026.05.10 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla