Yuxarı

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

2020-ci ildə 44 günlük müharibədə Azərbaycan xalqı məhz şəhadəti şərəf sayanların, şərəfli Azərbaycan Ordusunun və qətiyyətli Ali Baş Komandanın hesabına qalib gəldi və torpaqlarımızı işğaldan azad etdi. Bu gün də ermənilər və onların havadarları bununla barışa bilmir. Bəzi siyasətçilər ənənəvi olaraq kilsə, qondarma “soyqırım” və Qarabağdan istifadəyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında deputat Arzu Nağıyev Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı haqda danışarkən deyib.

“Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır. Məlum məsələdir ki, onlara Rusiya havadarlıq edir. İstər Robert Köçəryan, istər Qagik Çarukyan, Vardanyan, Karapetyan – bunların hamısı məxsusi olaraq hazırlanmış şəxslərdir. İndi də Karapetyan, eyni zamanda Çarukyan və Köçəryana dəstək verirlər, onları hakimiyyətə daşımaq istəyirlər ki, öz ideyalarını həyata keçirsinlər.

Onlar başa düşməlidirlər ki, 7 iyun 2026-cı il seçkilərində qalib gəlsələr belə, qarşılarında güclü Azərbaycan dayanıb”, - ekspert bildirib.

A.Nağıyev vurğulayıb ki, Azərbaycan hazırda müasir silahlarla silahlanmış orduya, çevik xüsusi xidmət orqanlarına, hibrid müharibələr aparmaq qabiliyyətinə malik dövlətdir:

“Köçəryanlar, Sərkisyanlar başa düşməlidir ki, öz xalqını uçuruma aparırlar”.

Tarix
2026.05.11 / 21:24
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla